• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 803
— 13.11.2023 16:26

XİN: "Paris İrəvanı silahlandırma siyasətinə son qoymalıdır"

KepezTV Player

 Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistana hücum xarakterli "Bastion" zirehli avtomobillərini göndərməsinə münasibət bildirərkən belə deyib. Bildirib ki, Fransanın bu addımları vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Ayxan Hacızadə- XİN-nin mətbuat katibi: Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destrukriv fəaliyyəti fonunda, Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir. Beynəlxalq ictimaiyyəti öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətin dayandırılmasına və pislənilməsinə çağırırıq.