• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 906
— 13.11.2023 12:14

Azərbaycanda dövlət qurumlarının adından kiberdələduzluq halları aşkarlanıb

KepezTV Player

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının adından kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edib. Qeyd edilir ki, dələduzlar asanodeme.info, asan-cerime.net, asan-cerime.biz və asan-cerime.com saytları yaradıb. Belə saytlar vətəndaşları aldatmaqla kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır. Vətəndaşlara reklam olunan kampaniyalara qarşı həssas davranmaq, alınan məlumatları dəqiqləşdirmək və yalnız rəsmi səhifələrə etibar etmək tövsiyə edilir.