• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2176
— 13.11.2023 12:06

Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

KepezTV Player

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilən ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Noyabrın 6-dan 12-dək olan müddətdə 129 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 317 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 527,6 hektar ərazi minadan təmizlənib.