• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 13.11.2023 11:59

Ermənistana hərbi texnika göndərilməsi pislənilib

KepezTV Player

"Fransanın Ermənistana hücum xarakterli "Bastion" zirehli avtomobillərinin göndərilməsini qətiyyətlə pisləyirik. Sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək". Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistana hərbi texnika göndərməsinə münasibət bildirərkən belə deyib. Bildirib ki, Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar. Fransanın bu addımları vəziyyətin gərginləşdirilməsinə xidmət edir. "Beynəlxalq ictimaiyyəti öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətin dayandırılmasına və pislənilməsinə çağırırıq" - deyə Ayxan Hacızadə vurğulayıb.