Xarici işlər naziri Ceyhun Bayramov Mərakeşə rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində, Ceyhun Bayramovun həmsədrliyi ilə Azərbaycan Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının, Mərakeş xarici işlər naziri ilə ikitərəfli və geniştərkibli görüşlərin, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktoru və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
- Baxış: 269