İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin səsləndirdiyi təxribat xarakterli əsassız fikirləri qətiyyətlə pisləyirik. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirilib. "Azərbaycan ilə İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən fikirlər, eyni zamanda, noyabrın 9-da Daşkənddə İran Prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir. Seyid İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu sevinclə bildirib. İran tərəfindən münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınmasını, habelə səfir tərəfindən səsləndirilmiş fikirlərlə bağlı İran tərəfindən müvafiq addımlar atılacağını gözləyirik.", - deyə XİN rəsmisi qeyd edib.
- Baxış: 269