Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Samuxda ümumrayon tədbiri keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinə ucaldılan Şəhidlər Kompleksi ziyarət edilib. Məktəblilərdən ibarət “Şahin” hərbi-idman komandalarının Azərbaycan bayraqları ilə yürüşü keçirilib. Məktəblilərin Zəfər Gününə həsr etdikləri rəsm sərgisinə baxış olub. “Tarixi Zəfər” adlı tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixinin ən şanlı günlərini yaşadığı vurğulanıb. “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqının Qarabağın azadlığı uğrunda aparılan savaşda Böyük Qələbəni bayram etdiyinə diqqət çəkilib. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordunun mübarizə əzminin bütün dünyaya bəyan edildiyi qeyd edilib. Daha sonra bayram konserti təşkil edilib. Bir-birindən rəngarəng hərbi-vətənpərvərlik mahnıları tədbirə toplaşanlara xoş ovqat bəxş edib. Konsertin sonunda atəşfəşanlıq olub.
- Baxış: 204