Zəfər gününün üçüncü il dönümü ilə bağlı olaraq Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib. Öncə rayon ictimaiyyəti Göygöl rayonun Murovdağ qəsəbəsində ikinci Qarabağ müharibəsində şəhid olanların qəbirlərini ziyarət ediblər. Ardından Gəncədəki 1 saylı qəsəbədəki Kəlbəcər abidə kompleksinə yürüş olub. Yürüş iştirakçıları burada məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. "Zəfərimiz əbədidir" adlı tədbirdə Azərbaycan ordusunun vətən müharibəsində dünyaya nümunə olan şücayətindən danışılıb. İkinci Qarabağ müharibəsində əldə olunan tarixi qələbənin yaratdığı milli qürur və şərəf hissindən söz açılıb. Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin məhv edildiyi və işğala son qoyulduğu vurğulanıb. Qarabağın azadlığa qovuşması ilə ölkənin ərazi bütövlüyünün də bərpa edildiyi qeyd edilib. 44 günlük müharibədə Kəlbəcər 32-si hərbçi, 3-ü mülki şəxs olmaqla 35 şəhid verib. 90 nəfər rayon sakini qazi olub. Tədbirdə Kəlbəcər rayon icra hakimiyyəti tərəfindən bir qrup şəxsə diplom tədqim edilib, ardından Zəfərimiz adlı filim nümayiş olunub.
- Baxış: 154