Ermənistan hökuməti azərbaycanlılara qarşı irqi ayrı-seçkilik siyasətini davam etdirir. Bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. Bəyanatda xatırlanır ki, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Qərbi Azərbaycan İcmasını ziyarət edərək, Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüşüb. Ermənistan tərəfi xüsusilə bu görüşdən sonra Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlar çərçivəsində özünün insan hüquqları gündəliyi üzrə apardığı fəaliyyətə qarşı misli görünməmiş qarayaxma və təzyiq kampaniyası aparır. Qərbi Azərbaycan İcması Ermənistanın həyata keçirdiyi tədbirləri insan hüquqlarına, ifadə azadlığına və vətəndaş cəmiyyətinə qarşı təzyiq və hörmətsizlik hesab edir. Bu kampaniya bir daha onu sübut edir ki, Ermənistan hökuməti azərbaycanlılara qarşı irqi ayrı-seçkilik siyasətini davam etdirir. Və qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına imkan yaratmaq niyyəti yoxdur.
- Baxış: 217