• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1438
— 06.11.2023 19:41

Avarçəkənimiz beynəlxalq turnirdə ikinci olub

KepezTV Player

Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko İtaliyanın Turin şəhərində təşkil olunan ənənəvi “Silver Skiff” beynəlxalq reqatasında mübarizə aparıb. Sayca 32-ci dəfə təşkil edilən yarışda 30-a yaxın ölkədən müxtəlif yaş kateqoriyaları üzrə 700-dən artıq idmançı iştirak edib. Bir nəfərlik akademik avarçəkmə qayığında çıxış edən Diana məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurmaqla finiş xəttinə ikinci çatıb və gümüş medala sahib olub. Diana Dımçenko ötənilki yarışda da gümüş medal qazanıb.