“Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 42 kiloqram 85 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Zəngilanın Hacalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 7 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Füzulinin Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərasizində isə sərhəd naryadı naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib. Havaya pilotsuz uçuş aparatı qaldırılıb, xidməti itlər də cəlb edilməklə İran vətəndaşı saxlanılıb. Ondan 31 kiloqram 50 qram narkotik vasitə və güclü təsiredici vasitə hesab edilən 2600 ədəd dərman preparatı aşkarlanıb. Füzulinin Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində də qaçaqmalçılar tərəfindən gizlədilmiş 3 kiloqram 385 qram narkotik vasitə marixuana müəyyən edilərək götürülüb.
- Baxış: 299