Gəncə Dövlət Universitetində “44 günlük Zəfər tarixi” mövzusunda tədbir keçirilib. Tarix-coğrafiya fakültəsi tərəfindən təşkil edilən tədbirdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətdən söz açılıb. Şəhid ailələrinin üzvlərinin və qazilərin də iştirak etdiyi tədbirdə qələbənin dünya hərb tarixinə qızıl hərflərlə yazıldığı vurğulanıb. 3 il bundan öncə hərb və diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlar əldə edildiyi xatırladılıb. İşğaldan azad olunan torpaqlarda suverenliyini tam bərpa edən Azərbaycanın həyata keçirdiyi abadlıq və quruculuq işlərindən də söhbət açılıb. Tədbir boyu universitet tələbələrinin ifasında musiqili çıxışlar olub, eləcə də əl işlərindən ibarət sərgi də iştirakçılara təqdim edilib.
- Baxış: 353