• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1972
— 05.11.2023 19:30

Tofiq Musayev nokautla qalib gəlib

KepezTV Player

Azərbaycanın MMA döyüşçüləri “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində qüvvələrini sınayıblar. Nəriman Abbasov, Tofiq Musayev, Vüqar Kərəmov kimi tanınmış idmançılar Milli Gimnastika Arenasında keçirilən döyüş gecəsində mübarizə aparıblar. Musayev Yaponiya təmsilçisi Toji Takeda ilə görüşüb. Döyüşçümüz üçüncü raundda rəqibinə nokautla qalib gəlib. Kərəmov yaponiyalı Çihiro Suzukiyə uduzub. Abbasov isə rusiyalı Ali Abdulxalikovla qarşılaşmada məğlub olub. Digər döyüşçülərimizdən Mehman Məmmədov qələbə qazansa da, Tural Rəhimov uduzub.