• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 750
— 04.11.2023 12:50

Premyer Liqada "Qarabağ" "Kəpəz"i qəbul edəcək

KepezTV Player

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu keçiriləcək. "Qarabağ" "Kəpəz"i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 16-da başlayacaq. Ağdam təmsilçisi 20 xalla üçüncü, Gəncə klubu 6 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.