• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 786
— 03.11.2023 16:17

AFFA İntizam Komitəsi II Liqa komandası “Göygöl”ə texniki məğlubiyyət verib

KepezTV Player

AFFA İntizam Komitəsi II Liqa komandası “Göygöl”ə texniki məğlubiyyət verib. Buna səbəb “Şəki City” ilə IX turun matçının 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış insanların meydana çıxaraq hakimlərə fiziki təzyiq göstərməsi olub. Referinin yarımçıq dayandırdığı qarşılaşmaya görə “Göygöl” 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib. 500 manat cərimələnən klub liqanın növbəti ev oyununu da azarkeşsiz keçirməli olacaq. Komandanın baş məşqçisi Araz Mansurov köməkçi hakimə fiziki təzyiq göstərib və təhqir edib. Sonra meydana çıxaraq eyni əməlləri baş hakimə qarşı davam etdirib. Buna görə Araz Mansurov 10 oyun diskvalifikasiya edilib. Bu həmçinin klubun 2000 manat cərimələnməsi ilə nəticələnib. Bundan başqa, “Göygöl”dən Ülvi Cəlilov, Vüqar Əşrəfli və Nicat Əmirxanov qırmızı vərəqə aldıqları üçün 1 oyun cəzalandırılıb. Qarşılaşmada “Göygöl” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyindən, kluba xəbərdarlıq edilib.