• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2182
— 30.10.2023 16:06

Heyvanların qısırlaşdırılması ilə bağlı aksiya keçirilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində sahibsiz heyvanların qısırlaşdırılması, quduzluğa qarşı peyvənd edilməsi və birkalanması ilə bağlı aksiya keçirilib. Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ilə yanaşı, Almaniya, Avstriya və Rusiyadan 15 veterinar cərrah da iştrak edib. IDEA Heyvanlara Qayğı Mərkəzinin dəstəyi ilə keçirilən xeyriyyə aksiyasında Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsinin tələbələri praktik təlimlər keçiblər. Ümumilikdə aksiya çərçivəsində ölkə üzrə 1000-1500, Gəncə şəhərində isə 100-150 sahibsiz itlərin qısırlaşdırılması, qulaq birkalarının taxılması və quduzluq peyvəndinin vurulması və pişiklərin qısırlaşdırılması planlaşdırılıb.

Siyalə Rüstəmova- Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru: “Gəncə şəhərinin sahibsiz itləri həm peyvəndlənəcək, həm qısırlaşdırılacaq, həm də nəsilvermə qabiliyyəti olmayacaq. Düşünürük ki, 5, 6 ilə bu baş sayı tarazlanacaqdır. Yuvadan bu gün 100 baş it bura təqdim olunubdur. Nəzərdə tutmuşuq ki, əlavə nə gətirsələr günün sonuna, hətta sabahkı günə burada bu aksiyanı davam edəcəyik”.

Azad Mustafayev