• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 02.09.2024 10:17

Süni zəka sistemi insanda xəstəliyi təyin edə biləcək

Google şirkəti müasir süni zəka sistemlərinin imkanlarını genişləndirməyə qərar verib. Belə ki, şirkət hal-hazırda xəstəliklərin erkən əlamətlərini insanın çıxardığı səslər vasitəsilə təyin edə biləcək süni zəka texnologiyası üzərində çalışır. Bu cür nailiyyəti əldə etmək yolunda Google süni zəka modelini 300 milyon audio nümunə vasitəsilə təlimatlandırıb. Süni zəkanın təlimatlandırılması prosesində istifadə edilmiş səs nümunələri özlərində öskürək səslərini, asqırma əlamətlərini və çətin tənəffüs səslərini birləşdiriblər.

Qeyd edilib ki, bu məlumatlar sayəsində süni zəka sistemi insanda vərəm kimi xəstəliyi təyin edə biləcək. Google şirkətinin hazırladığı bu süni zəka sistemi HeAR (Health Acoustic Representations) adlanır. Google bu istiqamətdə həmçinin Hindistanın Salcit Technologies adlı şirkəti ilə güclərini birləşdirib. Bu şirkət respirator xəstəlikləri sahəsindəki süni zəka texnologiyaları üzrə fəaliyyət göstərir və o, Google şirkətinin bu süni zəka texnologiyasının smartfonlara inteqrasiyası məsələsində ona yardımçı olacaq. Nəticədə Google şirkətinin süni zəka texnologiyası səhiyyə xidmətlərinin aşağı səviyyədə olduqları regionlarda yüksək risk altındakı insanlara yardımçı ola biləcək.