• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 14.01.2020 21:49

Gözəllik sirrlərindən biri olan güllərin sağlamlıq üçün faydaları

KepezTV Player

Güllərdən insana müsbət həyat enerjisi süzülür, gül adı gələndə istər-istəməz insanın əhval-ruhiyyəsi yüksəlir. Müxtəlif nemətlər düzülmüş süfrədə gül olanda insanda xoş ovqat yaranır. İnsanların həyat səviyyəsi yaxşılaşdıqca zövqlər daha da yüksəlir, təbiətə, gözəlliyə daha həssas yanaşılır. Hər kəs nemətlərin ən yaxşısına sahib olmağa can atır. Bu günün reallığı belədir.

Amin Qasımov şəhər sakini: Gül gözəllik rəmzidir, incəlikdir.Gülləri əsasən xanımlarımıza, dəyər verdiyimiz insanlara əlamətdar günlərdə alırıq.Ən azından ona xanım olduğunu xatırlatmaq üçün.

Sevinc Yusifova şəhər sakini: Güllər ən gözəl hədiyyədir. Bütün oğlanlara tövsiyə edirəm ki, xanımlara gül hədiyyə etsinlər. Mən də hədiyyə olaraq hər zaman güldən, çiçəkdən istifadə edirəm.

Al-əlvan gülləri görəndə insan bir anlıq ətraf aləmdən ayrılıb xəyallara dalır. Gözəlliyi, gül-çiçəyi görmək, duymaq, ona qayğı göstərmək xoş əhval-ruhiyyənin əlamətidir. Təbii ki, mühitinə görə güllər hər ölkədə fərqli yetişir. Lakin mənası dəyişməz olaraq qalır, bəzən isə bir gülün dəyəri qiymətli daşlardan, gümüş və qızıldan da baha olur. Çünki çiçəklər həyat, sevgi rəmzi daşıyır.

Pərviz Əliyev Mütəxəssis: Ən çox qızıl güldən istifadə olunur. Bildiyiniz kimi qızılgül güllərin şahıdır.Fərqli güllər də təklif edirik, qarışıq, roza ilə birlikdə və s. Bəylərimizə tövsiyə edirik ki, qadınlarımızın hər zaman üzünü güldürsünlər, onlara gül hədiyyə etsinlər.

Güllər canlı təbiətdə insan həyatının istənilən anında onu müşayiət edən təbii gözəlliklərdir. Gülün suyu və qurusu ilə yanaşı, güldən alınan yağ da bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Gül yağı qəbizlik üçün ən təbii üsuldur. Göz soyuqdəyməsinə, gözdə yaranan qızartıları, göz ağrılarını aradan qaldırır. Mikrob öldürücü xüsusiyyəti də var. Ona görə də gözdə yaranan infeksiyalara qarşı təsirli vasitə hesab olunur.

Bir çox duyğuları bir-birimizə çatdırmaq üçün çiçəklərdən, xüsusilə güllərdən  istifadə edirik. Sevgi, təəssüf və ya izhar etmək istədiyimiz digər duyğular. Çiçək və güllər insana sevinc, fərəh, inam gətirir. Gül ürək bulanmasına, baş ağrısına, mədə narahatlıqlarına, şəkər xəstəliyinə, halsızlığa və qansızlığa qarşı da təsirlidir. Tez-tez gül iyləyərək sağlamlığınızın qayğısına qala, eyni zamanda da əhval-ruhiyyənizi yüksəldə bilərsiniz.