• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1605
— 30.10.2023 15:39

Qarabağda kustar üsullarla hazırlanmış atəş qurğuları aşkarlanıb

KepezTV Player

Qarabağ bölgəsində əraziyə baxış zamanı qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus üç ədəd özüyeriyən artilleriya qurğusu aşkar edilib. Bu zirehli texnika T-72 tankının mühərriki ilə təchiz edilən dartıcının üzərinə artilleriya topunun kustar üsulla quraşdırılması ilə hazılanıb. Bu qurğu 1951-ci ildə istehsal edilən mərmilərlə 17.5 km məsəfəyə atəş açmaq imkanına malikdir. Bu qurğular Xankəndi-Şuşa istiqamətində yerləşən atəş mövqelərində tapılıb. Lokal xarakterli antiterror tədbirləri zamanı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən qurğulardan Şuşanı atəşə tutmaq məqsədilə istifadə edilməsi istisna deyil.