• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 839
— 30.10.2023 09:01

Yol qəzası zamanı avtomobil aşıb, xəsarət alan var

KepezTV Player

Bakının Nəsimi rayonunda yol qəzası baş verib. Hadisə Abbasqulu Ağa Bakıxanovla Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən yolayrıcında “Volkswagen”ə çırpılıb. Zərbənin təsirindən “Volkswagen” aşıb və sürücüsü xəsarət alıb. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.