KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Nazirlər Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini müzakirə ediblər. Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü çərçivəsində münasibətlərin normallaşdırılmasının və bölgədə davamlı sülhün bərqərar edilməsinin vacibliyi vurğulanıb.
- Baxış: 212