• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 803
— 27.10.2023 09:33

“Kritik informasiya infrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?”

KepezTV Player

“Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində "Kritik informasiya infrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?" mövzusunda panel iclası keçirilib. Qeyd olunub ki, kritik infrastrukturların kibermüdafiəsində müəyyən qaydalar və qanunlar müəyyənləşdirilməlidir. Kritik infrastruktur məlumatları və fərdi məlumatlar barədə Qanun artıq hazırlanır və yaxın zamanlarda qəbul olunmalıdır. Hazırda türkiyəli mütəxəssislərlə bir sıra məsələlərdə ölkəmizdə birgə fəaliyyət həyata keçirilir. Artıq Mülki Müdafiə Planında kibertəhdidlər barədə də məsələ öz əksini tapıb. Panel iclası müzakirələrlə davam edib.