• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 24.10.2023 19:54

“3+3” formatındakı görüş Azərbaycana hansı perspektivləri verir?

KepezTV Player

Region ölkələri arasında bu formatda görüşün təşkil edilməsi təşəbbüsü bir müddət öncə Azərbaycan tərəfindən irəli sürülüb və müsbət qarşılanıb. Tehranda keçirilən görüşün əsasən Ermənistan - Azərbaycan arasındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində olması düşünülsə də, əslində yayılan bəyanat danışıqların yalnız bu yöndə deyil, bölgənin gələcək siyasi mənzərəsi ilə bağlı olması əksini tapır. Ancaq bu görüşlərin Azərbaycana perspektivdə böyük xeyri dəyəcək. Bu haqda fikrini bölüşən politoloq Tural İsmayılov ölkəmizin regionda şərqlə-qərb arasında vacib rol oynayacağını deyib.

Tural İsmayılov- siyasi şərhçi: “İndiki qlobal trendlər və çağırışlar da bu yeni formatların labüdlüyünü ortaya qoymuş olur. Bu baxımdan Azərbaycana 3+3-ün vəd etdiyi perspektivlər çoxdur. Çünki bu gün ölkəmizin coğrafi mövqeyi dünya xəritəsində kifayət qədər uyğun mövqedədir. Eyni zamanda Azərbaycan həm coğrafi mövqeyi, həm də geopolitik situasiyaya görə Asiya ilə Avropanın kəsişmə nöqtəsində yer alır. Əlbəttə ki, 3+3 formatının nəticələri görə yeni formalaşacaq kommunikasiya, tranzit xətlərində Azərbaycan vacib və kilid həlqələrindan birini formalaşdırır”.

Siyasi şərhçilər deyir ki, bu görüş regionda sülh və sabitliyə hesablanıb və Azərbaycanla – Ermənistan arasında sülh bağlanmasına da böyük töhvə verəcək.

“3+3” formatındakı görüşləri iqtisadi cəhətdən səmərəli hesab edilir, həmçinin bu formatın gələcəkdə birlik təşkilatına çevrilməsi də baş verə bilər.

Tural İsmayılov- siyasi şərhçi: “Bu formatın siyasi əhəmiyyəti böyükdür. Amma nəzərə almaq lazımdır ki, pozitiv nəticələri daha çox iqtisadi sahədə olacaq və formata qoşulan ölkələrin hər biri bu prosesdən ciddi formada yararlanacaq. Ancaq gələcəkdə 3+3 formatının MDB-yə bənzər və ya hər hansı təşkilata bənzər bir birlik təşkilat modelinə çevrilməsi mümkün ola bilər. Bu həm yaxın, həm də uzaq gələcəkdə reallaşa bilər. Bundan sonra təbii ki, bir çox anlaşılmazlıqlar aradan qalxacaq və problemlər də daha qısa bir müddətdə həll ediləcək”.

Bu formatda region dövlətlərinin növbəti görüşü gələn ilin əvvəlində Türkiyədə keçirilə bilər. Amma o vaxtda qədər ümid edək ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansın və bölgədə bu iki dövlət arasında problemlər tezliklə həllini tapsın.

Orxan Cəfərzadə