• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1912
— 24.10.2023 19:45

Dünyanın diqqətini çəkən təlim

KepezTV Player

“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində "Yüksək səviyyəli müşahidəçi günü” keçirilib. Təlimə Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları cəlb edilib. Müşahidəçi günündə təmas xəttində yerləşən mövqelərin şərti düşməndən azad olunması və birliklərin irəliləməsi üçün komando bölükləri tərəfindən birgə sızma fəaliyyətləri icra edilib. Şərti düşmən PUA-sına radiomaneələr tətbiq edilərək onun döyüş tapşırığını yerinə yetirməsinə imkan verilməyib. Təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə şərti düşmənin Hava Hücumundan Müdafiə vasitələrinin fəaliyyətinə maneələr yaradılması əməliyyatları həyata keçirilib. Həmçinin bölmələrimizin mütəşəkkil irəliləməsi təmin edilib, əldə olunmuş atəş üstünlüyü qorunub saxlanılıb. Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların hərəkəti təmin olunub.