• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 24.10.2023 16:50

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

KepezTV Player

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf edir. Bu fikirlər Prezident İlham Əliyevin Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşündə səslənib. Görüşdə Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu xüsusi qeyd edilib. Söhbət zamanı hərbi sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.