KepezTV Player
İngiltərə Premyer Liqasının doqquzuncu turunun son matçı London derbisi ilə yadda qalıb: “Tottenhem” öz meydanında “Fulhem”i qəbul edib. Çempionluğa namizədlərdən birinə çevrilən ev sahibləri 36-cı dəqiqədə hesabı açıb. Rişarlisonun ötürməsindən sonra koreyalı Sun Hın-Min baxımlı qola imza atıb. 54-cü dəqiqədə Ceyms Meddison komandasının ikinci qolunu vurub. Asiyalı hücumçu isə aktivinə qolla yanaşı məhsuldar ötürmə də əlavə edib. Beləliklə, görüş “Tottenhem” 2:0 hesablı qələbəsi ilə başa çatıb. 9 oyundan sonra “Tottenhem” 23 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib.
- Baxış: 199