• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1728
— 23.10.2023 15:31

Prezident Sumqayıtda bir sıra müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak edib

KepezTV Player

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənayesi Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlini qoyub, Polimer qatqıları istehsalı müəssisəsinin, Qablaşdırma məhsulları istehsalı müəssisəsinin, Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak edib. Bundan başqa, Prezident Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlini qoyub. Sonra dövlət başçısı Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.