KepezTV Player
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Gəncədə fəaliyyət göstərən unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirib. Fiziki şəxs Quliyeva Ruhiyyə Calal qızına məxsus müəssisədə məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı aşkarlanıb. İşçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, istehsal olunan məhsulların etiket məlumatlarının düzgün qeyd olunmadığı müəyyən edilib. İstehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.
- Baxış: 221