3 idman növü üzrə beynəlxalq yarışda fəxri yer tutan gəncəli idmançıların doğma şəhərdə qarşılanma mərasimi keçirilib. Bunlar Vüsal Ağalarov, Beyrək Bağırov və Sülhan Süleymanlıdır. Nizami yurdunun yetirmələri Heydər Əliyev adına Park-Kompleksin girişindəki Zəfər tağının önündə qarşılanıblar. Onları təbrik etmək üçün məşqçiləri və yaxınları, eləcə də idman ictimaiyyətinin nümayəndələri parka toplaşıblar. İdmançıların əldə etdikləri nailiyyət yüksək qiymətləndirilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb. Vüsal Ağalarov pauerliftinq üzrə İspaniyada keçirilən Avropa çempionatının qalibi adını qazanıb. Beyrək Bağırov Avstriyada Savat döyüş növü üzrə dünya kubokunun, Sülhan Süleymanlı isə Qırğızıstanda təşkil edilən sambo üzrə dünya çempionatının bürünc mükafatına yiyələnib.
Orxan Cəfərzadə
- Baxış: 384