• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 11.10.2023 09:12

Ölən israillilərin sayı 1200-ü keçib

KepezTV Player

İsrail ordusu Qəzza zolağına genişmiqyaslı hücuma keçir. Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib. Qəzzadan edilən hücumlarda ölən israillilərin sayı isə 1200-ü keçib, 3418 insan yaralanıb. Oktyabrın 7-də HƏMAS İsrailə qəfil hücum edib. Qəzza sektorundan yəhudi dövlətinin ərazisinə, o cümlədən paytaxt Təl-Əvivə 2 mindən çox raket atılıb. Bundan başqa, İsrailin nəzarətində olan ərazilərə sızan fələstinli qruplar bir neçə yaşayış məntəqəsini və hərbi bazanı ələ keçirib. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Az vaxtda İsrail ordusu ölkənin cənubundakı bütün yaşayış məntəqələrinə nəzarəti bərpa edib.