• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 11.10.2023 09:11

Qazaxda ev, mağaza və yardımçı tikili yanıb, xəsarət alanlar var

KepezTV Player

Qazaxın Aşağı Salahlı kəndində ümumi sahəsi 400 kvadratmetr olan birmətəbəli yaşayış evi, evə bitişik olan 40 kvadratmetrdə mağaza, 20 kvadratmetrdə hamam otağı və 40 kvadratmetrdə yardımçı tikili yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə nəticəsində həmin ünvanda təmir işləri görən - 1971-ci il təvəllüdlü Məqsəd Mustafayev müxtəlif yanıq xəsarətləri alıb. Daha bir nəfər - 2007-ci il təvəllüdlü Hikmət Mustafayev isə kəsici dəmir parçasının batması nəticəsində ayağından yaralanıb. Hər ikisi xəstəxanaya aparılıb. Tibbi müdaxilədən sonra hər iki şəxs evə buraxılıb.