• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 11.10.2023 09:04

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb

KepezTV Player

Zaqatalanın Aşağı Tala kəndində taksi fəaliyyəti ilə məşğul olan "VAZ-21011" markalı avtomobillə “Mercedes” markalı minik maşını toqquşub. Qəza nəticəsində Zaqatala şəhər sakinləri 30 yaşlı Orxan Paşayev, onun 33 yaşlı qardaşı Elçin Paşayev və Aşağı Tala kənd sakini 28 yaşlı Əzim Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə Təcili Tibbi Yardım cəlb edilərək yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra hər üç şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başlanılıb, qəzanın təfərrüatları araşdırılır.