• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 936
— 08.10.2023 21:10

Boks üzrə şəhər birinciliyi keçirilib

KepezTV Player

Gəncədə boks idman növü üzrə 2006-2007-ci il təvəllüdlü gənclər arasında şəhər birinciliyi keçirilib. Ənənəvi birinciliyin açılış mərasimində Gəncə boksçularının 1990-cı ildən bəri dünya, Avropa çempionatlarında və beynəlxalq turnirlərdə yüksək nailiyyətlər qazandıqları önə çəkilib. Potensiallı idmançılar və bacarıqlı məşqçilərin sayəsində illərdir ki, müsbət nəticələrin əldə olunduğu bildirilib. İdmançılar birincilik üzrə qüvvələrini sınayıblar. Yarış qarşıdan gələn Respublika əhəmiyyətli birinciliklərə, eləcə də beynəlxalq səviyyəli turnirlərə hazırlıq məqsədi daşıyıb. Sonda qalib idmançılar medal və diplomlarla mükafatlandırılıblar.

Əkbər Məmmədzadə- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin məsləhətçisi: “11 rayondan komandalar iştrak edir. Ümumilikdə 200-dən çox boksçu öz gücünü sınayır. Gənclər və İdman İdarəsi olaraq istər olimpiya, istər qeyri-olimpiya idman növləri olmasına baxmayaraq idman və idmançılara hər zaman dəstək oluruq. Məqsədimiz odur ki, yüksək səviyyəli idmançıları aşkar edək. Onlara beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında Azərbaycan bayrağını dalğalandırmağı arzu edirik”.

Sənan Məmmədov- qızıl mükafatçı: “80 kq çəki dərəcəsində Gəncə çempionu oldum, yaxşı nailiyyətlə birinci yerə çıxdım. İnşallah arzulayıram ki, beynəlxalq turnirlərdə və Avropa çempionatında birinci yerə çıxım. Yaxşı nailiyyətlərlə öz vətənimizə qayıdım”.

Cavid Abbasov- qızıl mükafatçı: “Bü gün 48-kq çəki dərəcəsində Gəncə üzrə birinci yerə layiq oldum. Bundan sonra çalışacam, inşallah beynəlxalq turnirlərdə, olimpiadalarda qalib gəlim”.