• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1668
— 07.10.2023 19:55

“Yalan” pyesi əsasında hazırlanan tamaşanın premyerası keçirilib

KepezTV Player

Gəncə Dövlət Dram Teatrında Sabit Rəhmanın “Yalan” pyesi əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Komediya janrında yazılmış "Yalan" əsərində cəmiyyətdə əxlaq normaları, mənəviyyat məsələləri önə çəkilir, yalanı özünə yeganə yaşayış prinsipi edən meşşan xarakter ifşaya məruz qalır. Tamaşaya Bəhram Osmanov quruluş verib. Quruluşçu rəssamı Mirzə Mehdi olan səhnə əsərində Respublikanın Əməkdar artisti Kəmalə Məmmədova, aktrisa Zəminə Cəfərova, Samir Abbasov və başqaları rol alıb. Tamaşanın quruluş həlli, səhnə tərtibatı, musiqi məsələləri, aktyorların məharətli çıxışı vəhdət təşkil etməklə böyük tamaşaçı marağına səbəb olub.

Aişə Rzayeva