• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1331
— 07.10.2023 17:54

Səbinə Əliyeva Xocalı soyqırımı ilə əlaqədar İƏT-in Ombudsmanlar Assosiasiyasına müraciət edib

KepezTV Player

Ombudsman Səbinə Əliyeva İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Ümumi Yığıncağında Azərbaycan torpaqlarında Ermənistan tərəfindən törədilən müharibə cinayətləri barədə məlumat verib. Həmçinin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını qeyd edib. İşğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minaların hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam etdiyini, indiyədək 300-dən çox şəxsin mina terrorunun qurbanına çevrildiyini bildirib. Müvəkkil Xocalı soyqırımı kimi bir qətliamın bir daha təkrarlanmaması, cinayətkarların ədalət mühakiməsinə cəlb olunması məqsədilə İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyası tərəfindən aidiyyəti beynəlxalq qurumlar qarşısında məsələlərin qaldırılması istiqamətində müraciət edib.