• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1537
— 07.10.2023 15:07

Azərbaycan və Qazaxıstan müdafiə nazirləri taktiki təlimin növbəti mərhələsini izləyiblər

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təliminin növbəti mərhələsini izləyiblər. Əvvəlcə təlimin gedişatı ilə bağlı müdafiə nazirlərinə məruzə edilib.
İki mərhələdə keçirilən birgə təlimin növbəti epizodlarında Azərbaycan və Qazaxıstanın dəniz piyadaları və xüsusi təyinatlıları digər qoşun növləri ilə qarşılıqlı əlaqədə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər. Müdafiə nazirləri ümumilikdə təlimin gedişatını və hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndiriblər. Sonda təlimdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib. “Xəzri-2023” birgə taktiki təlimində İranın Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti müşahidəçi qismində işirak edir.