• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1414
— 06.10.2023 19:57

“Xəzri-2023” birgə taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təlimi çərçivəsində keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər. Təlimdə hər iki ölkənin hərbi qulluqçularının birgə fəaliyyətlərin icrasında yüksək peşəkarlıq nümayiş etdirmələri xüsusi vurğulanıb. Müvafiq epizodlar üzrə icra olunan tapşırıqları Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında izləyən müdafiə nazirləri təlimin gedişatını müsbət qiymətləndiriblər. “Xəzri-2023” birgə taktiki təlimi oktyabrın 8-dək davam edəcək.