• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1676
— 06.10.2023 19:41

Tərtərin Çaylı kəndi ərazisində mina partlayıb

KepezTV Player

Tərtərin Çaylı kəndi ərazisində mina partlayıb. Nəticədə rayonun Həsənqaya kənd sakini 24 yaşlı Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşərək həlak olub. Baş Prokurorluqdan bildirilib ki, həmin şəxs dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölüb. Fakt üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.