• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 982
— 05.10.2023 19:29

Beynəlxalq axtarışa verilmiş şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

Beynəlxalq axtarışa verilmiş daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib. Baş Prokurorluqdan verilən məlumata görə, Azərbaycan vətəndaşı Mahmudzadə Çingiz Akif oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın səlahiyyətli orqanları tərəfindən təmin edilib. Xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərini törətməsinə şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilən və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilən Mahmudzadə bu gün Gürcüstandan ölkəmizə gətirilib.