• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 964
— 04.10.2023 20:06

Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

KepezTV Player

 Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi əhəmiyyətli humanitar yardıma, xüsusilə qış şəraitində enerji sektoruna verilən dəstəyə görə təşəkkürünü bildirib. Telefon söhbəti əsnasında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə bir daha dəstək ifadə olunub, regional təhlükəsizlik, mövcud təhdidlər və gələcək əməkdaşlıq formatlarına dair fikir mübadiləsi aparılıb.