• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 04.10.2023 13:59

“Sabah” FİBA Avropa Kubokunda ikinci qələbəsini qazanıb

KepezTV Player

“Sabah” basketbol komandası FİBA  Avropa Kubokunda ikinci oyununu keçirib. Azərbaycan çempionu Şimali Makedoniyada yerli “Rabotniçki” ilə üz-üzə gəlib. İlk turda Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin yetirmələri bu dəfə də eyni uğura imza atıblar. Gərgin keçən görüşdə təmsilçimiz 83:81 hesablı əzmkar qələbə qazanıb. Qrupun digər görüşündə Rumıniya “Rapid”i “Donar”a qalib gəlib - 69:65. A qrupunda yer alan “Sabah” sonuncu oyununu oktyabrın 5-də “Rapid”ə qarşı keçirəcək. Hər iki komanda ilk iki qarşılaşmasında qələbə qazandığından, budəfəki duel növbəti mərhələyə vəsiqə qazanmaq baxımından finala bərabər olacaq.