• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 04.10.2023 08:53

Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayırlar

KepezTV Player

Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayırlar. Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibəsində bildirib. Aparıcının “Siz effektiv şəkildə izah edirsiniz ki, Qarabağda yaşayan ermənilər getməkdə və qalmaqda sərbəstdirlər... Niyə onların hamısı getməyi seçiblər” sualına cavabında Elçin Əmirbəyov deyib ki, bu həqiqətdir ki, evlərini tərk etmək qərarı onların özlərinin şəxsi və könüllü qərarıdır. Xüsusi tapşırıqlar üzrə nümayəndə bildirib ki, hazırda qeyri-qanuni separatçı qurum təslim olub. Və Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir.