• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 782
— 04.10.2023 08:50

Çempionlar Liqasında günün nəticələri

KepezTV Player

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”in qonağı olub. Gərgin mübarizə şəraitində keçən oyun bolqollu alınıb. İlk yarıda tərəflər hərəyə bir dəfə fərqləniblər. Əvvəlcə Rasmus Heylunn qırmızı şeytanlar adına hesabı açıb. Qısa müddət ərzində cim-bom bərabərliyi təmin edib. Vilfrid Zaha dəqiq zərbə müəllif olub. Fasilədən sonra Mançester ikinci qola sevinib. Danimarkalı hücumçu Heylunn ikinci dəfə qonaqların qapısına yol tapıb. Amma təslim olmaq fikrində olmayan və tarixlər yazan Qalatasaray son nəticədə rəqibini məğlıub etməyi bacarıb. Hesab arasındakı fərqi Kərəm Aktürkoğlu aradan götürüb. Qələbə qolu ilə matçın qəhrəmanı olan Mauro İkardi penaltindən fürsəti boşa versə də, oyun epizodundan istəyinə çatıb. 2:3. Gözləntilərin əskinə olaraq İstanbul klubu dumanlı albiondan qələbə ilə qayıdıb.  
A qrupunun digər matçında "Bavariya" səfərdə "Kopenhagen"lə qarşılaşıb. Tomas Tuxelin başçılıq etdiyi Münhen klubu hesabda geri düşməsinə baxmayaraq toparlanmağı bacarıb. Və yarımmüdafiəçi Camal Musiala və hücumçu Mathis Telin qol vurduğu matçda əzmkar qələbəyə sevinib - 1:2. Bu qalibiyyətlə Bavariya Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Belə ki, almanlar turnirin qrup mərhələsində ardıcıl 36 matçdır məğlub olmurlar. Həmçinin Bavariya qrup oyunlarında ardıcıl 15-ci qələbəsi qazanır. İki turdan sonra maksimum nəticəilə Bavariya lider, “Qalatasaray” 4 xalla 2-ci, “Kopenhagen” 1 xalla 3-cü, xalsız Yunayted sonuncudur. 

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turu çərçivəsində digər oyunlarda bu nəticələr qeydə alınıb: B qrupu, “Lans” - “Arsenal” 2:1, PSV - “Sevilya” 2:2, C qrupu, “Union”  - “Braqa” 2:3, “Napoli”  – “Real”  2:3, D qrupu, “Zaltsburq” - “Real Sosyedad” 0:2, “İnter” - “Benfika” 1:0. E, F, G və H qruplarında II turun oyunları bu gün keçiriləcək.