• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2173
— 03.10.2023 12:07

Göyçayda 2 nəfər narkotiklə saxlanılıb

KepezTV Player

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əlirahim Hümbətov 1 kiloqram tiryək, 251 qram heroin və 106 qram qurudulmuş marixuana ilə saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələr göndərən şəxslə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunub. Sonuncu dəfə Göyçay ərazisində əvvəlcədən ona deyilən yerdən narkotik vasitələri götürüb, başqa ünvana aparmaq istəyərkən yaxalanıb. Polis narkotiklərin dövriyyəsində şübhəli bilinən Göyçay şəhər sakini Samir Qurbanovu da qurudulmuş marixuana ilə saxlayıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.