• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2119
— 03.10.2023 12:05

Xudatda narkotik satan dəstə üzvləri saxlanılıblar

KepezTV Player

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Rəvan Seyidov, Sevcan Zayumova və Humay Məmmədova saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rəvan Seyidovun barəsində həbs, iki qadından birinin barəsində ev dustaqlığı, digəri barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.