• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1524
— 02.10.2023 13:36

Prezident: "Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik"

KepezTV Player

Üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq. Bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib. Dövlətimizin başçısı əlavə edib ki, bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. "Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk”, - deyə Prezident vurğulayıb.