• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 02.10.2023 11:41

Xaçaturyanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb

KepezTV Player

“Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib”. Baş prokuror Kamran Əliyev bildirib ki, Xaçaturyanın iştirakı ilə Qarabağda yaşayan, həmçinin Ermənistandan gəlmiş millətçi ermənilərdən yaradılmış, silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birlik tərəfindən Xocalı rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı ümumilikdə 27 nəfər qəsdən öldürülüb. 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub. Vaqif Xaçaturyan bu ilin iyulun 29-da Laçın Sərhəd Buraxılış Məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub,  barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Vaqif Xaçaturyana cinayət qanunvericiliyinə uyğun olaraq ədalətli cəza verilməsi təmin ediləcək.