KepezTV Player
Almaniyada yaşayan azərbaycanlılar Almaniyanın paytaxtı Berlin şəhərinin Brandenburq qapıları önündə dinc aksiya keçiriblər. Aksiyanın məqsədi Almaniya mediasında və vətəndaş cəmiyyətinə yaxın dairələrdə sistemli şəkildə Azərbaycana qarşı yönəlmiş yanlış məlumat və təhriflərə dolu informasiya hücumuna son qoyulmasıdır. Bununla yanaşı aksiya iştirakçıları Azərbaycan torpaqlarının 30 ildən çox davam etmiş işğalına son qoyulduqdan sonra regionda sülhü dəstəkləməyə çağırışlar ediblər.
- Baxış: 173