• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 30.09.2023 19:45

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının rəhbəri Kley Mourini qəbul edib

KepezTV Player

 Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edib. Dövlət başçısı Konqresin Azərbaycanda yüksək səviyyədə təşkili üçün böyük hazırlıq işlərinin görüldüyünü vurğulayıb. Çox sayda qonağın iştirak edəcəyi bu tədbirin Azərbaycan ilə daha yaxından tanış olmaq və gələcək əməkdaşlıq planlarının müəyyənləşdirilməsi baxımından önəmli olduğunu qeyd edib. Kley Mouri ölkəmizin Konqresə hazırlığını yüksək qiymətləndirib. Tədbirin əhəmiyyətinə toxunan qonaq burada 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakını verilən önəmin göstəricisi kimi dəyərləndirib. Konqresə 3600-dək elmi məqalə təqdim ediləcək. Bu tədbir çərçivəsində BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminarın və Kosmik Nəsil Məşvərət Şurasının Kosmik Nəsil Konqresi də keçiriləcək.