• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1015
— 29.09.2023 14:58

Naxçıvanda Azərbaycan-Türkiyə III Enerji Forumunun Protokolu imzalanıb

KepezTV Player

Naxçıvanda energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilib. Əməkdaşlıqların genişləndirilməsi istiqamətində çıxışlar olub. Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunun Protokolu imzalanıb. Forum iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlki 2021-ci ildə Bakıda, ikincisi 2022-ci ildə İstanbulda keçirilib.